Zərdab, ÇTZ Kanal

Global

Haqqımızda



XİDMƏTLƏRİMİZ


Məkan

Zərdab rayonu

SİFARİŞÇİ

Su təhcizatı və İrriqasiya

Status

Tamamlanıb

Həcm

Ərazi

Zərdab, ÇTZ Kanal

Yenidənqurmadan sonra kanalın altında olan ümumi əkin sahəsi artırılaraq 10600 hektara çatdırılmışdır. Kanalın ümumi uzunluğu 19935 metrdir. Kanal açıq trapesvarı en kəsikli formasında geotekstil və geomembran qatı üzərində monolit dəmir-beton üzlükdə layihələndirilmişdi.

Kür çayı üzərində 2 aqreqatlı üzən nasos stansiyasında (Bıçaqçı-1) təmir işləri çərçivəsində 2 ədəd Bolqarıstan istehsalı olan nominal gücü 200 kvt su sərfi Q=1.1 m³/san nasos quraşdırılmışdır. Uzunluğu 600 metr olan D=820mm borudan yeni su xətti çəkilmişdir. Üzən nasos stansiyasında bütün avadanlıqları yenisi ilə əvəz olunmuçdur.

ÇTZ kanalına suyun verilməsi məqsədilə Kür çayının sol sahilində suqəbuledici qurğu tikilmişdir. Qurğuda 2 ədəd zibiltutan 2 ədəd metal qapı quraşdırılmışdır. Suyun verilməsi üçün 4 ədəd İsveç istehsalı olan nominal gücü 230 kvt su sərfi Q=1.5 m³/san nasos quraşdırılmışdır. Ümumi uzunluğu 832 metr D=1020mm metal borudan su xətti çəkilmişdir. Su borular vasitəsilə yeni tikilmiş suqəbuledici hovuza tökülür.

 

 

X

Zərdab, ÇTZ Kanal